25 İyn

Adana kababı, adından da göründüyü kimi Adanaya məxsus olsa da bütün Türkiyədə kababçıların menyularında yer alır. Ancaq bu möhtəşəm ləzzət ev ortamında da hazırlana bilər. Adana kababının pik nöktəsi ət seçimini doğru etməkdir. Sadəcə quzu əti, quzu quyruq yağı, pul bibər və duz ilə düzəldilir. Pul bibər xırda-xırda doğranır. Dinlənmiş ət iki əllə kəskin bıçaqla qıymalanır. Qıymalanmış ət ilə quyruq yağı, qırmızı pul bibər və duz əlavə edilərək yoğrulur. Yoğrulmuş qarışım ikinci dəfə də ile qıymalanır. Ən az 4-5 saat buzxanada saxlanılır. Hazırlanan qarışım, 0,5 sm qalınlığında, 3 sm enində 90–120 sm uzunluğunda şişlərə saplanır. Şişləndikdən sonra 1 saat ərzində şişdə dinləndirilir. Bu dinləndirmə əl suyunun ətdən axması üçündür.